Çərşənbə , Oktyabr 14 2026
azfa

Güney Azərbaycanın Qoşaçay bölgəsində etiraz aksiyası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qoşaçay bölgəsində etiraz aksiyası keçirilib.

Sentyabrın 20-də həmin bölgənin Barı kəndinin əhalisi etiraz aksiyası keçirib.

Kəndlilər Barı kəndinin Öküzdağı ərazisində yerləşən “Delfin” daş mədənlərinin qaydasız istismarına görə rejimə narazılııqlarını bildiriblər.

Etirazçı əhalini deyir: “Bölgədə İsfahan şirkətinin istismar etdiyi mədənlərin daşları İsfahan və Simnana aparılır, yerli əhali isə qeyri-standard istismarın törətdiyi fəsadların əziyyətini çəkir”.

Onların sözlərinə görə, İsfahan şirkətinin fəaliyyəti bölgənin ekologiyasına ciddi ziyan vurub, kənd təsərrüfatı zərər görüb, su qaynaqları məhv edilib.

Qeyd edək ki, bölgə və Barı kəndinin sakinləri arasında işsizlik səviyyəsinin yüksək olmasına baxmayaraq, molla rejimin bölgəyə gətirdiyi şirkət işçilərinin əksəriyyətini İsfahandan gətirib.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …