Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi Güney Azərbaycanda çox sayda milli fəalı həbs edib

GADTB: İrqçi fars-molla rejimi dünən Güney Azərbaycanda milli fəalların kütləvi həbsinin davamı olaraq Vədud Əsədi Rəşt şəhərində, Baqir Hacızadəni Təbrizdə, Səid Minayini və digər azərbaycanlı fəalları həbs edib.

Azərbaycanlı milli fəal Baqir Hacızadə fevralın 5-də Təbriz şəhərində iş yerində rejimin ETTELAAT qüvvələri tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.

Molla rejimi Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Təbriz, Urmiya, Tehran, Rəşt və s. şəhərlərində eyni gündə çox sayda azərbaycanlı fəalı həbs edib. Hələlik azərbaycanlı fəalların kütləvi həbsinin səbəbi məlum deyil.

Molla rejimin məmurları azərbaycanlı fəalları həbs edərkən xüsusi vəhşilik nümayiş etdirərək azərbaycanlı fəallara və onların ailələrinə qarşı qəddarlıq göstəriblər.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …