Bazar , Noyabr 29 2026
azfa

Molla rejimi Güney Azərbaycanda iki qızıl mədəni hərraca çıxarıb

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanda iki qızıl mədəni hərraca çıxarıb.

Zəncan əyalətindəki Güllücə və Qərbi Azərbaycanda Zərəşuran mədəni hərraca çıxarılır.

İran iqtisadiyyatına hakim olan təkəl və mafiya quruluşunu nəzərə alsaq, hərrac prosesində bu iki qiymətli qızıl mədəninin bəzi dövlət mafiyalarına veriləcəyini düşünmək olar.

Qeyd edək ki, İran və Çin arasında 25 illik müqaviləyə əsasən bəzi mədənlərin kəşfiyyatı və hasilatı Çin şirkətlərinə həvalə edilib, lakin bu şirkətlərin fəaliyyətinə nəzarət yoxdur.

Bundan əvvəl Şərqi Azərbaycan vilayətindəki “məzrəeye Şadi” qızıl mədənində çinli podratçının fəaliyyəti ilə bağlı xəbərlər dərc edilmişdi ki, bu da çinli işəgötürənin yerli işçilərlə pis rəftar və alçaldılması, onların işləməsinə mane olması və bəzilərini işdən çıxarması ilə bağlı xəbərlər dərc olunmuşdu.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …