GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi dinc etirazlarda tutduğu 115 etirazçını Urmiyada zindana köçürüb.
İnsan haqları təşkilatlarının yaydığı məlumata görə, son bir neçə gün ərzində Güney Azərbaycanın Urmiya şəhərində həbs edilən etirazçılardan 155 məfəri rejimin bu şəhərdəki mərkəzi zindanına köçürülüb.
Molla rejimin ETTELAAT İdarəsinin təcridxanasında saxlanılan onlarla şəxsin dindirilmə zamanı döyüldükləri, psixi təzyiq və təhdidlərə məruz qaldığı bildirilir.
Zindana köçürülən 115 nəfərin əksərinin tətil aksiyasına qoşulan, mağazaları və iş yerlərini açmaqdan imtina edən şəxslər olduğu bildirilir.