GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi azərbaycanlı fəalların vəziyyəti barədə məlumat vermir.
Güney Azərbaycanda həbs edilən bir sıra milli fəalların vəziyyəti barədə məlumatsızlıq onların ailələri və yaxınlarının ciddi narahatlığına səbəb olub.
Azərbaycanlı fəalların həbsindən təqribən bir aya yaxın müddət keçsə də, onlar barədə ailələrinə heç bir məlumat verilməyib.
Həminu milli fəallar arasında Peyman İbrahimi, Murtaza Nurməhəmmədi Nadarlı, Davud Şiri, Əli Babai, Araz İbrahimnejad, Cavad Sudbər, Əmir Hüseyn Ağayi, Seyid Məhəmmədrza Movəhhed, Mehrdad Qadiri, Aşkan Səadətmehr və İbrahim Əvəzzadənin adı qeyd edilir.
Həbs edilən azərbaycanlı milli fəalların ailələrinin rəsmi qurumlara müraciət edərək barələrində məlumat əldə etmək üçün müraciətlərinə müsbət cavab verilmir.