Şənbə , Dekabr 28 2024
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı işçi fəalını əməliyyat üçün məzuniyyətə buraxmır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Tehran Avtobus Şirkəti İşçilərinin Həmkarlar İttifaqının məlumatına görə, İranın ədliyyə orqanları və ETTELAAT Nazirliyi Həmkarlar İttifaqının həbsdə olan üzvü və işçi fəalı Rza Şəhabinin cərrahiyyə əməliyyatına təcili ehtiyacı olmasına baxmayaraq onun zaminə  buraxılmasına mane olub.

İranın ədliyyə orqanlarının azərbaycanlı işçi fəalı Rza Şəhabinin müalicə məzuniyyətinə buraxılmasına etiraz etməsinin səbəbinin onun həbs cəzasının üçdə birini çəkməməsi olduğu bildirilib və onun məzuniyyət almaq hüququna malik olmadığı vurğulanıb.

Qeyd edək ki, azərbaycanlı işçi fəalın boyun və kürək fəqərələrində aldığı zədələrə görə təcili əməliyyata ehtiyacı olduğu bildirilir.

Həmçinin yoxlayın

Azərbaycan parlament dünya azərbaycanlılarına müraciət edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Məclisi Dünya azərbaycanlılarına müraciət ünvanlayacaq. Bu, …

Türkiyəli investor: “Güney Azərbaycanın müstəqilliyi yaxınlaşır”

GADTB: Türkiyənin tanınmış iş adamı, “Martı” brendinin sahibi Oğuz Alper Ötkəm dünən “X” hesabında paylaşım …