GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi azərbaycanlı öyrəncini ruhi xəstələr dispanserinə salmağa çalışır.
Azərbaycanlı öyrəncinin vəkili Qasım Bodi fevralın 11-də Təbrizdə rejimin zindanın rəhbərliyi azərbaycanlı öyrənci fəalı Armita Paviri “Razi” ruhi xəstələr dispanserinə köçürməyə çalışdığını bildirib.
Azərbaycanlı vəkil bununla bağlı “X” hesabında yazıb: “Bizə Armita Pavirdən gələn səs yazısına əsasən, zindan rəhbərliyi onu dispanserə bağlamağa çalışır. Bununla yanaşı, Təbriz zindanında cəza çəkən bir qrup qadın da Armitanın başlatdığı aclıq aksiyasına qoşulub”.
Qeyd edək ki, Armita Pavir Təbrizin “Şəhid Mədəni” Universitetinin molekulyar hüceyrə biologiyası fakültəsinin tələbəsi olub. O, 2022-ci ildə İran rejiminə qarşı xalq etirazlarının ildönümünə üç gün qalmış həbs edilib.
Psixoloji işgəncələr və ağır məhdudiyyətlər altında həbsdə olan Armita Pavir daha öncə göyərtəsində 176 sərnişin olan Ukrayna sərnişin təyyarəsinin 2020-ci il yanvarın 3-də Tehran səmasında Sepah tərəfindən raketlə vurulmasına etiraz etdiyinə görə bir il müddətinə təhsildən məhrum edilmişdi.