Cümə , Oktyabr 16 2026
azfa

Təbrizdə əczaçılıq şirkətinin işçiləri etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz şəhərində yerləşən “Şəhid Qazi” Əczaçılıq Şirkətinin işçiləri dünən yaşayış vəziyyətlərinin pis olmasına və az əmək haqqı almalarına etiraz olaraq etiraz aksiyası keçiriblər.

Azərbaycanlı işçilər fəaliyyətlərini dayandırıb və şirkətin binasının ətrafına toplaşaraq etirazlarını nümayiş etdiriblər və tətilə başlauıblar.

Qeyd edək ki, Qazi Əczaçılıq Şirkəti 1984-cü ildə yaradılıb və ən böyük inyeksiya məhsulları istehsalçısı kimi tanınır. Şirkət 1991-ci ildən etibarən ölkənin 50%-dən çox serumunu istehsal edən müəssisədir.

Həmçinin yoxlayın

Siyamək Mirzəi 105 günlük həbsdən sonra Xiyavda azərbaycanlı fəalları evində qəbul edib

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 15-i, cümə axşamı 10 milyard tümən girov müqabilində Ərdəbil …

Tanınmış azərbaycanlı fəal Abbas Lisaniyin xəstəxanaya göndərilməsinə maneə yaradılır

GADTB: Tehranın Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Abbas Lisani həbsinin on ikinci ayına daxil …