Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkilin müalicəsinə icazə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi azərbaycanlı vəkilin müalicəsinə icazə vermir.

Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı vəkil və milli fəal Tahir Nəqəvi zəhərləndiyi üçün vəziyyəti yenidən ağırlaşsa da, həbsxana rəhbərliyi onun müayinə və müalicəsinə icazə vermir.

Fəalın yaxınlarının göndərdikləri dərmanların da məhbus fəala verilməsinə imkan verlmir.

Qeyd edək ki, 6 aya yaxın Evin zindanında həbsdə saxlanılan Tahir Nəqəvi, Hüseyn Piri və bir sıra digər azərbaycanlı siyasi məhbuslar ETTELAAT Nazirliyinin qüvvələrinin qanunsuz davranışlarına etiraz olaraq aclıq aksiyası keçirmişdilər.

O, “hökumətə qarşı təbliğat” və “milli təhlükəsizliyə zərbə vurmaq üçün toplaşmaq və əlbir olmaq”da günahlandırılıb.

Azərbaycanlı fəal fevralın 6-da molla rejimin ETTELAAT məmurları tərəfindən yaxalanmışdır.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …