Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimi həbs etdiyi İbrahim Asimanini Təbrizdə Mərkəzi zindana köçürüb

GADTB: Azərbaycanlı yazıçı Zöhrə Vəfainin dəfn mərasimində İranın ETTELAAT məmurları tərəfindən həbs edilən Güney Azərbaycanın milli fəalı İbrahim Asimani həbsdən bir neçə gün sonra dünən zindandan telefonla özü barədə məlumat verib. O bir neçə gün dindirilmədən sonra Təbrizdə zindana köçürüldüyünü ddeyib.

Azərbaycanlı fəal dindirilmə zamanı işgəncələrə məruz qaldığı və ayağımım yaralandığını deyib.

İbrahim Asimaninin ailəsi hələ də onun sağlamlığı və təhlükəsizliyindən narahatdır və insan haqları institutları və rəsmilərindən bu milli fəalı izləməyi və dəstəkləməyi xahiş edirlər. Güney Azərbaycanın milli fəallarına qarşı belə həbs və qeyri-insani rəftar İranda insan haqlarının vəziyyəti ilə bağlı narahatlığı bir daha artırıb.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …