Cümə , Sentyabr 18 2026
azfa

Molla rejimi HƏMAS lideri haqqında paylaşım edənlərə cinayət işi açır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin öldürülməsi ilə bağlı paylaşım edənlərə cinayət işi açır.

Artıq bu istiqmətdə Tehranda bir neçə nəfərə cinayət işi açılıb. Bununla bağlı Tehran Prokurorluğu məlumat yayıb.

Məlumata görə, saxlanılanlar hadisə ilə bağlı paylaşım etdiklərinə və fikir bildirdiklərinə görə cəzalandırılıblar.

“Bir neçə nəfər çağırılaraq dindirilib, onlara xəbərdarlıq edilib, daha bir neçə nəfərə isə cinayət işi açılıb. Onlara qarşı cəmiyyətin psixoloji təhlükəsizliyini pozduqlarına görə cinayət işi qaldırılıb”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, İranda adi əhali həm fars-molla rejimi və həm molla rejimin dəstəklədiyi terrorçuları istəmir və hətta Haniyə öldütülməsinə sevinib çox sayda şəxs şirniyyat paylayıb şənlik ediblər.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …