Bazar , Noyabr 29 2026
azfa

Molla rejimi Hörmüz boğazında daha bir gəmini vurub

GADTB: Bu gün molla rejimin Sepah terror təşkilatı Hörmüz boğazında daha bir gəmini vurulub.

Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, hadisə Omanın Xasab şəhərindən təxminən 19 dəniz mili şərqdə baş verib. Bildirilir ki, mərmi ilə vurulma nəticəsində gəminin sol (liman) tərəfində kiçik struktur zədəsi yaranıb.

UKMTO-nun açıqlamasına əsasən, bütün heyət üzvləri təhlükəsizdir, xəsarət alan olmayıb və ətraf mühitə hər hansı mənfi təsir qeydə alınmayıb. Gəmi təhlükəsizlik vəziyyəti qiymətləndirildikdən sonra təyinat limanına doğru hərəkətini davam etdirib. Hadisə ilə bağlı araşdırma aparılır. UKMTO bölgədən keçən gəmilərə ehtiyatlı olmalarını və hər hansı şübhəli fəaliyyət barədə dərhal təşkilata məlumat vermələrini tövsiyə edib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …