Şənbə , Yanvar 4 2025
azfa

Molla rejimi iyrənc üsulla Azərbaycan və Türkiyəni hədəf alması Azırbaycan mətbuatında əks etdirildi

GADTB: Molla rejimi iyrənc üsulla Azərbaycan və Türkiyəni hədəf alması Azırbaycan mətbuatında əks etdirilib:

Son dövrlərdə İranın dini tədbirlərində Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı səsləndirilən təhqirlər İran dövlətinin riyakar və ikiüzlü siyasətinin növbəti nümunəsidir.

Bu günlərdə də eyni halı müşahidə edirik. Belə ki, İran Dövlət Televiziyasında canlı yayımlanan “Çaldıran və Müqavimət Şəhidlərini Anma Mərasimi” proqramında oxşar hal baş verib.

İran lideri Ayətullah Xameneinin Ərdəbil nümayəndəsi Ayətullah Amuli də bu təhqirləri dinləyənlər sırasındadır…

Bu hadisələr İranın beynəlxalq səviyyədə məsuliyyətsiz davranışlarının tərkib hissəsi olmaqla yanaşı, onun bölgədə artan narahatlığını da göstərir.

Görünən odur ki, Azərbaycan Prezidentinin Güney Azərbaycanda və regionun digər hissələrində artan nüfuzu İran hakimiyyətini ciddi narahat edir.

İranın ikiüzlü münasibəti

İran dövləti və onun əsas güc strukturu olan SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) təşkil etdiyi dini tədbirlərdə təhqirlərin səslənməsi təsadüfi deyil. Əgər bu cür addımlar İranın özünə qarşı atılsaydı, ölkədə dərhal böyük qalmaqal yaradılardı. Amma məsələ Azərbaycana və Türkiyəyə gəldikdə, Tehran sanki susqunluğa qərq olur. Bu, İranın ikili standartlarını bir daha ortaya qoyur. Təxribat xarakterli çıxışların məqsədi yalnız Azərbaycan və Türkiyə liderlərinin beynəlxalq nüfuzuna zərbə vurmaq deyil, həm də İranın daxilində yaşayan milyonlarla azərbaycanlını təzyiq altında saxlamaqdır.

İranın geosiyasi uğursuzluğu

İranın regional siyasəti son onilliklərdə ardıcıl uğursuzluqlarla müşayiət olunur.

-ABŞ-a cavab verə bilmir: İran ABŞ-ın general Qasım Süleymanini öldürməsinə cavab verməyə cəsarət etmədi. Bütün təhdidlərə baxmayaraq, Tehran bu hadisəni yalnız bəyanatlarla keçişdirdi.

-Suriyada məğlubiyyətlər: İranın Suriyadakı mövqeləri zəiflədikcə, regional təsir dairəsi də məhdudlaşır. İranın müttəfiqləri biri-birinin ardınca zəifləyir, lakin Tehran buna qarşı təsirli addımlar ata bilmir.

– İsrail qarşısında rəzil duruma düşüb:Hizbullah lideri Həsən Nasrallahın İsrail tərəfindən məhv edilməsi İranın gücsüzlüyünü bir daha nümayiş etdirdi. Təhlükəsizlik və hərbi təhdidlərə qarşı Tehran yenə də susdu.

Diplomatik gərginlik: Azərbaycan səfirliyinə hücum

İranın Azərbaycana qarşı ən bariz düşmənçilik aktlarından biri də Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumdur. Həmin hücumda səfirlik əməkdaşı şəhid oldu, lakin hücumun arxasında duran şəxs hələ də ədalət qarşısında cavab verməyib. Azərbaycan tərəfi dəfələrlə tələb etsə də, İran bu məsələdə susur. Abdullahian Bakıya səfəri zamanı terrorçu agentin cəzalandırılacağını vəd etmişdi. Lakin iki ildən çox keçməsinə baxmayaraq, bu vəd yerinə yetirilməyib. Bu, İranın beynəlxalq öhdəliklərə və diplomatik münasibətlərə hörmətsizlik göstərdiyini bir daha sübut edir.

İranın bu təxribatları sadəcə siyasi deyil, həm də ideoloji xarakter daşıyır. Tehran, Azərbaycan Respublikasını öz dini-siyasi təsir dairəsinə salmağa çalışır. Ancaq Azərbaycan dövləti hər zaman müstəqil siyasət yürütmüş və milli maraqlarını qorumaqda qətiyyətli olub.

Azərbaycan diplomatik münasibətlərin normallaşması üçün əsas şərtlər irəli sürüb: səfirliyə hücum edən şəxsin ədalət qarşısına çıxarılması və bu kimi təxribatların dayandırılması. Bakı, öz milli maraqlarını qorumaqda prinsipial mövqe sərgiləyir və İranın heç bir təzyiqinə boyun əyməyəcəyini dəfələrlə göstərib.

İranın Azərbaycanın daxili işlərinə qarışmaq və onun beynəlxalq nüfuzunu zədələmək cəhdləri əbəsdir. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında həm daxildə, həm də xaricdə öz maraqlarını müdafiə etməkdə qərarlıdır. İran isə öz daxili problemlərini və regional uğursuzluqlarını başqalarını hədəfə almaqla ört-basdır etməyə çalışır. Lakin bu cür siyasət uzunmüddətli perspektivdə İran üçün daha böyük itkilərlə nəticələnə bilər. Azərbaycan bu təxribatların qarşısını qətiyyətlə alacaq və bölgədəki sabitliyini qorumağa davam edəcək.

Həmçinin yoxlayın

İran hər vasitə ilə Livanda terroru dəstəkləməyə çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beyrutun “Rəfiq Həriri” hava limanında İranın “Mahan Air” …

Molla rejimin iddiasının əksinə olaraq Urmiya gölü böhranlı vəziyyətdədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin iddiasının əksinə olaraq Urmiya gölü …