Bazar ertəsi , Noyabr 30 2026
azfa

Azərbaycan türkcəsində “Ədalət” tamaşası Urmiyada böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Ana Dili Günü tədbirləri ilə eyni vaxtda Azərbaycan türkcəsində “Ədalət” tamaşası Urmiyada böyük coşqu ilə qarşılandı.

Tamaşanın Azərbaycan türkcəsində olması azərbaycanlıların ciddi marağına səbəb olub. Bu isə molla rejiminin narahatlığına səbəb olub.

Molla rejiminin rəsmiləri çox saylı müraciətlərə baxmayaraq, tamaşanın nümayişinin müddətinin uzadılmasına icazə verməyiblər.

Qeyd edək i, Əsgər Abidinin (İlqar) ssenari müəllifi və rejissoru olduğu “Ədalət” tamaşası Azərbaycan türkcəsində Urmiya şəhərinin Mədəniyyət və İncəsənət Kompleksində səhnələşdirilib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …