Şənbə , İyul 27 2024
azfa

Molla rejimi müəllimə həbs cəzası verdi

GADTB:  İrqçi fars-molla rejimi azərbaycanlı müəllim Kərim Bostançını cəzalandırıb.

Urmiyada Müəllim Həmkarlar İttifaqının üzvü və fəalı Kərim Bostançı rejimin Urmiyadakı İnqilab və Cinayət Məhkəməsi tərəfindən iki ayrı iş üzrə 3 aylıq həbs və cərimə cəzasına məhkum edilib.

Molla rejimi azərbaycanlı müəllimə 3 ay həbs, 15 milyon tümən cərimə, elektron avadanlıqlarının dövlətin xeyrinə müsadirəsi cəzası verib.

Qeyd edək ki, Urmiyadan olan müəllim “vəzifəli şəxsləri təhqir etmək”, “təhsil sistemini və hicab qaydalarını tənqid etmək”, “qanunsuz olaraq müəllim həmkarlar ittifaqı təşkilatlarının fəallarına dəstək vermək”də ittiham edilib.

Həmçinin yoxlayın

Arazdəyənin üzərində Azərbaycan Bayrağı dalğalanır

GADTB: Arazdəyənin üzərindəki strateji yüksəklikdə Azərbaycan bayrağı dalğalanır. Bu barədə məlumat və fotonu erməni vəkil …

“Türk əsri”ni qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk

GADTB: İkinci Dünya müharibəsi qaliblərinin iqtisadi, siyasi, hərbi və diplomatik maraqlarını qorumaq üçün qurulan hazırkı …