Şənbə , Noyabr 14 2026
azfa

Molla rejimi Müctəba Xamenei ad;ndan mesajı yaydı

GADTB: İrqçi fars-molla rejimi Müctəba Xamenei adından mesajı yayıb.

Səsi və görüntüsü olmadan İranın yeni Lideri Müctəba Xameneiyə aid edilən yazılı mesajda münaqişədə həlak olanların qisasını alacağına söz verilib və İranın “şəhidlərinin qanının qisasını almaqdan çəkinməyəcəyi” bildirilib.

İran dövlət televiziyasında qadın aparıcı tərəfindən oxunan mesajda həmçinin “Hörmüz boğazının bağlı saxlanılmalı” olduğu bildirilib və İranın “lazım gələrsə, digər cəbhələr” aça biləcəyi barədə xəbərdarlıq edilib.

Əlavə edilib ki, İran qonşu ölkələrlə dostluq münasibətləri axtarır və yalnız ona qarşı hücumların edildiyi bazaları hədəf alacaq.

Mesajda Müctəba Xameneinin harada olduğu, sağlamlıq vəziyyəti və ya fiziki vəziyyəti barədə heç bir məlumat verilməyib.

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …