QADTB: Molla rejimin məmurları Güney Azərbaycanın Qəzvin bölgəsində son etirazların qurbanlarından olan Cavad Heydərinin qardaşı Məhəmməd Heydərinin evinə basqın edərək onu iki yaşlı Delvan Heydəri adlı uşağı ilə birlikdə həbs ediblər.
İki yaşlı uşaq Delvan Heydərinin həbsi Uşaq Hüquqları Konvensiyasının açıq şəkildə pozulmasıdır.İran İslam Respublikası Uşaq Hüquqları Konvensiyasını imzalayan dövlətlərdən biridir.
Molla rejimi Heydəri ailəsinin bütün üzvlərinə təzyiq və həbs siyasətini davam etdirir.