
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Qəzvin bölgəsindən olan və etiraz aksiyalarında rejimin məmurları tərəfindən öldürülən Cavad Heydərinin atası, anası və daha bir qardaşını həbs edib. Bu barədə onların qızı Fatimə Heydəri məlumat yayıb.
Fatimə Heydəri yazıb: “Bir neçə dəqiqə öncə atam, anam və qardaşımı qandallayaraq apardılar. Ailəmizdən bir nəfəri öldürüb, 3 nəfəri isə həbs ediblər. Ailəmə təzyiq göstərərək öldürülən qardaşımın məzar daşının dəyişdirilməsini tələb edirlər”.
Qeyd edək ki, Cavad Heydəri sentyabrın 22-də Qəzvin şəhərində molla rejiminin məmurlarının açdığı atəş nəticəsində həyatını itirib. Məhəmməd, Höccət və Mustafa adlı 3 qardaş da həbs edilib. 40 gün sonra onlar müvəqqəti olaraq girov qarşılığında sərbəst buraxılmışdılar. Ötən gün dördüncü qardaşı Ruhullah Heydəri həbs edilmişdi.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi