Bazar ertəsi , Yanvar 6 2025
azfa

Molla rejimi Qorqan şəhərində 19 yaşlı türkmən gənci işgəncə altında öldürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Qorqan şəhərinin məmurları məişət problemləri zəminində qarşıdurma ittiham edilərək həbs olunan Məhəmməd Döcini noyabrın 18-i səhər saatlarında işkəncə altında öldürüblər.

Qorqanın Əmirabad zindanında məmurlar Məhəmməd Döcini soyunduraraq kameranın tavanından asıblar. Soyuq havada onun üstünə su töküb və etiraf almaq məqsədi ilə döyüblər. Nəticədə soyuq və ağır işgəncələr nəticəsində gənc həyatını itirib.

Rejimin məmurlarının türkmən gənci başqa məhbusların gözü qarşısında işgəncə etdiyi bildirilir.

Bu qətldən sonra zindan rəhbərliyi məhbuslara qarşı daha sərt məhdudiyyətlər tətbiq edib. Məhkumluq dövrünü başa çatmış məhbusların zindandan çıxmasına icazə verilməyib.

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim: “Heç bir hökumət zülmlə ayaqda qala bilməz”

Yəzd həbsxanasında 15 il sürgün cəzasına həbs edilən azərbaycanlı məşhur həkim Həmid Qarahəsəli siyasi məhbuslar …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “TBA TV“də “Mollaların sonu yaxınlaşır deyə, İranda “qeyri mərkəzçilik” idarəetmə sistemini təklif ediblər” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney …

Bir cavab yazın