GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi özünün seçki oyununa on minlərlə polis cəlb edib.
Molla rejimi Ekspertlər Şurasına 6-cı çağırış, parlamentin isə XII çağırış seçkiləri keçirir.
Seçkilərin oyundan başqa bir şey olmadığını bilən əhalinin bu oyunu baykot etdiyi üçün rejim çox sayda polis qüvvəsini də bu oyuna cəlb edib.
İran polis komandanlığının sözçüsü Səid Müntəzir əl-Mehdi seçkilərin təhlükəsizliyini təmin etmək üçün 190 min polisin hazır vəziyyətə gətirildiyini deyib.
“Seçkilərin Təhlükəsizliyi Qərargahının rəhbəri Seyid Məcid Mirəhmədi isə 250 mindən çox SEPAH, “Bəsic” və polis üzvünün seçkilərin təhlükəsizliyini təmin etmək üçün cəlb edildiyini söyləyib”.