GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi təbrizli körpəyə türkcə olan Elana adına görə doğum şəhadətnaməsi vermir.
Azərbaycanlı milli-mədəni fəal Hamid Allahverdipur bununla bağlı özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
Hamid Allehverdipur yazıb ki, qızına türkcə Elana adı seçdiyi üçün İran Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi doğum şəhadətnaməsi verməkdən imtina edib.
Azərbaycanlı fəal bildirib ki, İran Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsini məhkəməyə verməkdən başqa yolu qalmayıb.
Qeyd edək ki, İranın irqçi fars-molla rejimi Azərbaycan Türk Millətini bir millət kimi assimilyasiyaya uğradıb məhv etmək üçün onlara öz övladlarına türkcə ad qoymağı qadağan edib.