Şənbə , Noyabr 14 2026
azfa

Molla rejimi Tehran yaxınlığında terrorçulara təlim keçir

GADTB: Məsud Pezeşkianın BMT-də gərginliyin azaldılması ilə bağlı çıxışları ilə eyni vaxtda 10 gün əvvəldən başlayaraq Sepah terror təşkilatı Tehranın 110 kilometr cənub-şərqində, Vəramin yaxınlığındakı bazada Fələstin və Yəməndən olan proksi qüvvələrə geniş təlim kursu keçirir.

Bu barədə xarici media İrandakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda Vəramin yaxınlığındakı “Şəhid Şəbani” təlim düşərgəsində 300-ə yaxın fələstinli və yəmənli silahlının qısamüddətli təlim kursunun son mərhələsi keçirilir.

Mənbələr bildiriblər ki, keçirilən təlimlərin mahiyyəti göstərir ki, bu təlimlər hücum xarakterlidir və bu qüvvələr İranın göstərişi ilə həyata keçirilən hücumu hazırlamaq məqsədi daşıyır.

Bu təlimlərə partizan döyüş təlimləri, quru və piyada hücumları, girov götürmə, bombaların hazırlanması daxildir.

Qeyd edək ki, “Şəhid Şəbani” təlim düşərgəsi son illər İranın İraq, Suriya, Yəmən, Fələstin və başqa ölkələrdəki proksi qüvvələrinin əsas təlim mərkəzlərindən biri kimi fəaliyyət göstərib.

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …