GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi tibb tələbəsi Aylar Həqqinin qətli ilə kifayətlənməyib onun məzarını da dağıdıblar. Onlar Vadi Rəhmətdə dəfn edilən şəhid Aylar Həqqinin məzarını dağıdıblar.
Qeyd edək ki, Tibb Elmləri Universitetinin tələbəsi Aylar Həqqi Təbrizdə etirazlar zamanı hökumət qüvvələrinin nümayişçilərə qarşı zorakılığı və atəş açması nəticəsində öldürülmüşdür.
Şəhid Aylar Həqqi Əslən Güney Azərbaycanın Məlikkəndi (Məlikan) şəhərindəndir. Dəfn mərasiminin səssiz keçirilməsi və ictimailəşdirilməməsi üçün onun ailəsinə təzyiq edilmişdir.