
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Türkmənistanda iki türkməni həbs edib.
Türkmənlərin həbsi barədə Gülastan əyalətinin Polis Komandanlığının Kəşfiyyat Təşkilatı məlumat yayıb.
Rejim bəbs edilənlərdən 16 döyüş, 2 ov tüfənginin müsadirə edildiyini iddia edib.
Saxlanılanların kimliyi barədə əlavə məlumat verilmədən onlar barəsində cinayət işinin açıldığı qeyd edilib.
Bu hadisənin bu gündən başlanması gözlənilən etiraz aksiyalarının qarşısını almaq üçün hakimiyyətin ictimai fəallıq göstərə biləcək şəxslərə qarşı şərləmə kampaniyasının tərkib hissəsi olduğu ehtimal edilir.