Şənbə , Oktyabr 17 2026
azfa

Türkiyə ilk yerli rabitə peykini bir neçə aya göyə göndərəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə ilk yerli və milli rabitə peykini bir neçə aya göyə buraxacaq.

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu məlumat verib.

Nazir qeyd edib ki, “Türksat 6A” 42 dərəcə şərq uzunluğunda xidmət göstərəcək.

O, peykin uçuş müddətinin 15 il olacağını və Türkiyənin dünyada rabitə peyki istehsal edən 11 ölkədən biri olacağına diqqət çəkib.

Nazir aparatın 2024-cü ilin fevral ayında buraxılacağını bildirib.

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …