Çərşənbə , Oktyabr 21 2026
azfa

Molla rejimi Urmiyada azərbaycanlı milli fəal Əmirhüseyn Şükuhini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Urmiya şəhərində yaşayan azərbaycanlı milli fəal Əmirhüseyn Şükuhini yaxalayıb.

İranın ETTELAAT İdarəsinin 3 məmuru azərbaycanlı fəalın iş yerinə hücum edərək, onu həbs edib. Fəalın anası onun həbsinin səbəbini soruşub. Lakin rejimin ETTELAAT İdarəsinin məmurları fəalına anasını təhqir edib, ona fiziki təzyiq göstəriblər.

Molla rejiminin məmurları Əmirhüseyn Şükuhinin iş yerində axtarış aparıb, ona aid bir neçə şəxsi əşyanı müsadirə ediblər.

Rejimin yaxaladığı Əmirhüseyn Şükuhinin nədə ittiham olunduğu və hara aparıldığı barədə məlumat verilməyib.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …