Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Molla rejimi qurduğu terror təşkilatları ilə din etirazları qətliam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi qurduğu Hizbullah və Həşd-Şəəbi terror təşkilatlarını gətirməklə əhalinin dinc etirazlarını qanla boğmağa çalışır.

 “Jerusalem Post” qəzeti öz mənbələrinə istinadən bununla bağlı yazır ki, İranın müxtəlif şəhərlərində, o cümlədən Tehranda repressiv hökumət qüvvələri arasında Livan ləhcəsi ilə ərəbcə danışan şəxslərə rast gəlinib.

Qəzet yazır ki, həmin şəxslər İranda hökumət əleyhinə etiraz dalğasının zorakılıqla yatırılmasına cavabdeh olan yüzlərlə polis, Sepah və “Bəsic” qüvvələrinə kömək edir.

Məlumatda bildirilir ki, ərəbdilli mülki geyimli qüvvələr İranda 2019-cu il prezident seçkilərinin nəticələrinə qarşı kütləvi etirazların yatırılmasında da görünüblər. molla rejimi qurduğu həmin terror təşkilatları vasitəsilə təkcə İranda deyil region ölkələrində də qətliam və terror əməlləri ilə məşğul olur.

Həmçinin yoxlayın

Molla rejimin cəlladlarından Hüseyn Taib etirazçıları raket zərbələri və qırğınla hədələdi

GADTB: SEPAH-ın keçmiş Kəşfiyyat Təşkilatının rəhbəri Hüseyn Taib dinc etirazçıları İsraillə eyni sıraya qoyaraq, dolayısı …

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …