Cümə , Yanvar 3 2025
azfa

Molla rejimi xanım fəal Züleyxa Qazizadə və şair Məhəmməd Şeyxülislamini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi  avqustun 27-də Güney Azərbaycanın bir neçə şəhərində azərbaycanlı milli fəalları həbs edib.

Güney Azərbaycan Milli Hərəkatının qadın fəallarından olan Züleyxa Qazizadə dünən Ərdəbildə öz evində İranın ETTELAAT məmurları tərəfindən həbs edilərək naməlum yerə aparılıb.

Eyni zamanda rejimin ETTELAAT məmurları Miyana şəhərində yaşayan ədəbiyyatçı və şair Məhəmməd Şeyxülislami həbs ediblər.

Azərbaycanlı şair yaxalanarkən rejimin məmurları tərəfindən vəhşicəsinə döyülüb.

Qeyd edək ki, həmin şəxslərin həbsinin səbəbləri və aparıldığı yer barədə məlumat yoxdur.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …