Çərşənbə , Oktyabr 14 2026
azfa

Molla rejimi xaricdəki müxaliflərini hədəfə alır

GADTB: İrqçi fars-molla rejimi son zamanlar daha geniş şəkildə xaricdəki müxaliflərini hədəfə alır.

Britaniyanın daxili kəşfiyyat agentliyi MI5-in rəhbəri Ken Makkallum bununla bağlı açıqlama verib.

Makkallum bildirib ki, İran hakimiyyəti xaricdəki tənqidçilərini və əleyhdarlarını susdurmaq üçün sürətlə fəaliyyət göstərir.

O, Avstraliya və Niderlanddakı hadisələri bu siyasətin nümunəsi kimi göstərib. Makkallum vurğulayıb ki, bu fəaliyyətlər Qərb ölkələri üçün ciddi təhlükəsizlik təhdidi yaradır.

MI5 məlumatına görə, İranın dəstəyi ilə ölkə hüdudlarından kənarda planlaşdırılan 20-dən çox ölümcül terror planı müəyyən edilib və monitorinq olunur.

Qeyd edək ki, irqçi fars-molla rejimi bir çox ölkələrdə müxaliflərə və bir sıra ölkələrin diplomatlarına qarşı dəfələrlə terror hadisəsi törədib.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …