Çərşənbə , Aprel 15 2026
azfa

Molla rejimi Xoyda azərbaycanlı fəal Ehsan Nəsrullahini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Xoy şəhərində azərbaycanlı fəal Ehsan Nəsrullahini həbs edib.

Azərbaycanlı milli fəalın son iki ayda bu üçüncü dəfəsidir ki, həbs edilir.

Azərbaycanlı milli fəal dekabrın 31-də rejimin məmurları tərəfindən yaxalanaraq Xoyda rejimin zindanına köçürülüb. Lakin fəalın həbs xəbəri gec ictimailəşdirilib.

Ehsan Nəsrulahı bundan öncə 7 oktyabrda “Etiraz aksiyalarına çağırış” ittihamına görə həbs edilmiş və iki gün sonra 100 milyon tümən girov qarşılığında sərbəst buraxılmışdır.

17 noyabrda yenidən yaxalanan azərbaycanlı milli fəal bu dəfə 500 milyon tümən girov qarşılığında 30 noyabra zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər …

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti …