Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi yenidən Azərbaycanla sərhəddə hərbi təlim keçirəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Azərbaycana qarşı yenidən Azərbaycanla sərhəddə hərbi təlim keçirəcək.

İranın terrorçu Sepah təşkilatının regional qərargahı Azərbaycanla sərhəddə hərbi təlim keçirəcəyi barədə məlumat yayıb.

Terror təşkilatı olan Sepah-ın Quru Qoşunlarının komandanı, general Məhəmməd Pakvər bununla bağlı deyib ki, təlimlər yaxın günlərdə İranın şimal sərhədlərində və Araz ətrafında keçiriləcək.

Molla rejiminin terrorçu Sepah generalı bildirib ki, guya təlim ordunun illik təqviminə uyğun olaraq və Sepah-ın döyüş hazırlığının yüksəldilməsi istiqamətində tapşırığın icrası məqsədilə keçirilir.

Qeyd edək ki, irqçi fars-molla rejimi yalnız Azərbaycan öz ərazilərini azad edəndən sonra müxtəlif bəhanələrlə Azərbaycana qarşı Araz kənarında təlim keçib, bu bölgəyə qoşun və hərbi texnika yeridir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …