Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi Təbrizdə azərbaycanlı fəal Siyavuş Məlikini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə azərbaycanlı fəal Siyavuş Məlikini həbs edib.

Rejimin məmurları azərbaycanlı fəalı oktyabrın 13-də həbs ediblər.

Molla rejiminin təhlükəsizlik məmurları oktyabrın 13-də Siyavuş Məlikinin atasının evinə basqın edərək onu yaxalayıb və naməlum yerə aparıblar.

Azərbaycanlı fəal yaxalanan zaman döyülüb və ağır bədən xəsarətləri alıb.

Hələlik Siyavuş Məlikinin ailəsinə fəalın harada saxlanıldığı və vəziyyəti barədə cavab verilməyib.

Qeyd edək ki, irqçi fars-molla rejimi etirazlarla bağlı çox sayda azərbaycanlı fəalı yaxalayıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …