
GADTB: “Əl-Ərəbiyyə” telekanalı noyabrın 21-də, şənbə günü yüksək vəzifəli bir mənbəyə istinadən xəbər verib ki, İran İslam Respublikası zənginləşdirilmiş uranın ölkə xaricinə köçürülməsinə qarşı çıxıb.
Mənbənin sözlərinə görə, ABŞ zənginləşdirilmiş uranın taleyinin müəyyənləşdirilməsi üçün aydın plan təqdim olunmasını və İran İslam Respublikası tərəfindən gələcəkdə uranın zənginləşdirilməsi prosesinin bərpa edilməyəcəyinə dair yazılı təminat verilməsini tələb edir.
“Əl-Ərəbiyyə” həmin mənbəyə istinadən yazıb ki, vasitəçilər hərbi qarşıdurmanın yenidən kəskinləşməsinin qarşısını almaq üçün hələ heç bir təminat əldə edə bilməyiblər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi