
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin ayrıseçkilik siyasəti nəticəsində Güney Azərbaycanda tarixi əsərlər məhv edilir.
Rejimin bu anti-Azərbaycan siyasəti istiqamətində ustad Məhəmmədhüseyn Şəhriyarın ata yurdunda onun at evi tədricən dağılmaq təhlükəsi ilə qarşılaşıb.
Əvvəllər bu məkanın bərpası və yenidən qurulması Şərqi Azərbaycan vilayətinin Mədəni İrsi İdarəsinin keçmiş və indiki rəhbəri tərəfindən bir neçə dəfə planlaşdırılıb. Lakin ayrıseçkilik siyasəti nəticəsində qəsdən tarixi əsərlər dağıdılmaqdadır.