Cümə axşamı , Yanvar 2 2025
azfa

Molla rejimin Babək qalasında yaxalayıb mobil telefonlarını aldığı azərbaycanlı fəallar etiraz aksiyası keçirəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir müddət öncə Babək qalasından qayıdan zaman saxlanılan və şəxsi əşyaları müsadirə olunan azərbaycanlı milli fəallar Meysəm Colani, Rza Vasiqi, Əli Lisani, Mehdi Lisani və Behzad Dəşti Kəleybərdəki rejimin prokurorluğuna xəbərdarlıq ediblər.

Azərbaycanlı milli fəallar bildiriblər ki, ETTELAAT məmurları onların mobil telefonlarını qaytarmaqdan imtina edir və ona görə onlar etiraz edəcəklər.

Həmin azərbaycanlı fəallar bildiriblər: “Bu belə davam edərsə və şəxsi əşyalarımız geri qaytarılmazsa, sentyabrın 29-da Kəleybər şəhərinin prokurorluğu qarşısında oturaq etiraz aksiyası keçirəcəyik”.

Qeyd edək ki, fəallar sentyabrın 11-də də Kəleybər şəhərinin prokurorluğuna gedərək təhlükəsizlik idarəsinin onlara məxsus sənəd, telefon və başqa şəxsi əşyaları müsadirə etməsinə etiraz ediblər.

Prokurorluq kimlik vəsiqələrini qaytarsa da, mobil telefonlarının 10 gün sonra geri veriləcəyini deyib, ancaq bu günə kimi telefonlar qaytarılmayıb.

Qeyd edək ki, Əli Lisani, Mehdi Lisani, Meysəm Colani, Behzad Dəşti, Rza Vasiqi və Pejman Səlimi avqustun 2-də Kəleybər rayonunun Babək qalasından qayıdan zaman həbs ediliblər.

Meysəm Colani, Rza Vasiqi, Behzad Dəşti və Pejman Səlimi bir gün sonra Kəleybər polis bölməsindən, Əli Lisani və Mehdi Lisani isə Əhər şəhərinə köçürüldükdən sonra sərbəst buraxılıblar.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …