Çərşənbə axşamı , Dekabr 24 2024
azfa

Molla rejimin COP29-a qarşı təbliğatı davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin mətbuatının Azərbaycanda keçiriləcək COP29-a qarşı təbliğatı davam edir.

Molla rejimin irqçi ideyasının təbliğatçılarından olan “Məşrəq” qəzeti Bakıda keçirilən COP29 iqlim sammitində Pezeşkianın iştirak etmə ehtimalına qarşı məqalə yazıb.

 “Günün təhlili” başlığı ilə dərc olunan bu məqalədə iqlim sammitlərinin əsasən İranın maraqlarına zidd olduğu və İranın fosil enerji istehsalçısı olduğu bildirilib, İranın belə sammitlərə qarşı öhdəliyinin olmamasının vacibliyi vurğulanıb.

Məqalədə Pezişkianın Bakıya səfər edəcəyi təqdirdə “sionistlər” ilə görüşə biləcəyindən və İham Əliyevlə şəkil çəkdirməsindən narahatlıq ifadə edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Kayhan qəzetində Əli Xamneyinin nümayəndəsi Hüseyn Şəriətmədari də oxşar fikirlər bildirmişdi.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin ailəsinə təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin …

Əli hər yerdən üzülən Xamenei əhalini Süriyada üsyana çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əli Xamenei Türkiyənin xarici işlər naziri Hakan Fidanın …