Çərşənbə axşamı , Dekabr 24 2024
azfa

Molla rejimin daha bir eksperti dövlət televiziyasında Azərbaycanı hədəfə aldı

GADTB: İran dövlət televiziyasında özünü iqtisadi ekspert kimi təqdim edən Məhəmmədtahir Rəhimi Azərbaycan əleyhinə qərəzli açıqlamalar verib. “Parsine” saytı onun çıxışının videosunu paylaşıb.

İran hökumətinin sifarişi ilə cəfəng iddialarla çıxış edən “ekspert” İsrailin əsas yanacaq təminatçısı kimi Azərbaycanın cəzalandırılmasını istəyib. O, İsrailin neft tədarükçüsü kimi Qazaxıstanın və Azərbaycanın adını çəkib.

Rəhimi deyib ki, Azərbaycan nefti Bakı-Tblisi-Ceyhan boru xətti ilə İsrailə göndərilir.

Onun idiasına görə, Bakının Təl-Əvivə neft ixracı nəticəsində İsrail iranlı generalları öldürüb./ Azad İran

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin ailəsinə təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin …

Əli hər yerdən üzülən Xamenei əhalini Süriyada üsyana çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əli Xamenei Türkiyənin xarici işlər naziri Hakan Fidanın …