BMT-nin İran üzrə xüsusi məruzəçisi: “İranda Qadın hüquqlarının vəziyyəti pisləşib”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən BMT-nin İranda insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi May Sato Baş Assambleyasının İnsan Haqları Komitəsinə İranla bağlı ilkin hesabatını təqdim edib.

BMT-nin İran üzrə xüsusi məruzəçisinin sözlərinə görə, ötən ilin avqustunda öz missiyasına başladıqdan sonra İranda edamlar xeyli artıb və İran hökuməti tərəfindən müxtəlif ittihamlarla, o cümlədən narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 140-dan çox insan asılıb.

“İranda qadın və qızların da vəziyyəti pisləşib. İran dünyada qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması haqqında Konvensiyanı imzalamayan nadir ölkələrdəndir”, – deyə, May Sato vurğulayıb.

BMT rəsmisi İrana səfər etmək istədiyini, ancaq hökumətin onun istəyinə cavab vermədiyini də qeyd edib.

Həmçinin yoxlayın

Ynet: İsrail ABŞ-ın genişmiqyaslı hücumuna hazır idi, lakin Tehran vaxt qazandı

GADTB: Ynet nəşrinin yaydığı məlumata görə, İsrail rəsmiləri ABŞ Prezidenti Donald Trampın nəzərdən keçirdiyini açıqladığı …

Zelenski: Xəzər dənizində İranın hərbi yükləri ilə əlaqəli gəmiləri hədəf aldıq

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, Ukrayna Silahlı Qüvvələri …