GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT qüvvələri bu gün azərbaycanlı milli fəal Salar Tahir Əfşarı səhər saatlarında Urmiyada həbs ediblər.
Rejimin ETTELAAT qüvvələri fəalın atasının evinə hücum edərək, kilidi sındırmaqla evə daxil olublar və həbs qərarı təqdim etmədən evə soxulublar.
Onlar fəalın ailə üzvlərini döyərək evdə axtarış aparıb və qanunsuz olaraq milli fəalı həbs ediblər.
Hələlik həbsin səbəbi ilə bağlı heç bir məlumat verilmir.