Çərşənbə , Yanvar 29 2025
azfa

Molla rejimin Evin zindanında həbsdə saxladığı Ayaz Seyfxah türk millətinə müraciət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Evin zindanında həbsdə saxladığı və saxta ittihamlarla uzun müddətli həbsə məhkum etdiyi Ayaz Seyfxah türk millətinə müraciət edib.

Ağır hökmdən sonra Evin zindanında həbsdə olan azərbaycanlı fəal Ayaz Seyfxah səs yazısı vasitəsilə türk millətinə müraciət edib.

Azərbaycanlı fəalın qardaşı özünün sosial media hesabında bununla bağlı paylaşım edib.

Ayaz Seyfxahın qardaşı yazıb: “Qardaşım dindirilmə zamanı verdiyi ifadəyə görə, işgəncələrə məruz qalıb və onu zindandan çıxandan sonra saxta qəza törətməklə öldürüləcəyi ilə hədələyiblər”.

Qeyd edək ki, Ayaz Seyfxaha şərlənərək molla rejimin məhkəməsi tərəfindən 13 il həbsə məhkum edilib.  Azərbaycanlı fəala indiyə qədər öz vəkili ilə əlaqə saxlamağa da icazə verilməyib.

Həmçinin yoxlayın

Avropa Birliyi xarici işlər nazirləri İranın “beynəlxalq sülhə təhdidlərini” tənqid ediblər

GADTB: Avropa Birliyi bildirir ki, üzv ölkələrin xarici işlər nazirləri son iclaslarında “İranın beynəlxalq sülhə …

Urmiyaya yeni bələdiyyə başçısı seçildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mühacir kürdlərin göz tikdiyi Güney Azərbaycanın Urmiya şəhərinə …