Cümə axşamı , May 22 2025
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal barədə məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin iyunun 2-də Tehran əyalətinin Baharistan şəhərində həbs etdiyi azərbaycanlı fəal Məhəmməd Hadi Şərifinəsəbin (Sərəskənd oğlu) ittihamı və harada saxlanıldığı barədə məlumat almaq mümkün olmur.

Azərbaycanlı fəalın yaxınlarının onunla bağlı aidiyyəti dövlət qurumlarına müraciətləri cavabsız qalıb.

Bu isə Məhəmməd Hadi Şərifinəsəbin ailə üzvlərinin onun həyatı barədə narahatlıqlarının artmasına səbəb olub.

Qeyd edək ki, molla rejimin məmurları Güney Azərbaycanın Sərəskənd şəhərindən olan və Tehranın Baharistan şəhərində yaşayan teatr aktyoru və radio aparıcısı Məhəmməd Hadi Şərifinəsəbin (Sərəskənd oğlu) evinə basqın edib onu həbs etmişdilər.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı körpəni doğum şəhadətnaməsindən məhrum edib

GADTB: İrqçi fars-molla rejimin Təbrizdəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi təbrizli körpəyə valideynləri Əlihan adı seçdiklərinə …

Molla rejimi azərbaycanlı fəal Oxtay Zöhrabini ETTELAAT-a çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Vəli Zöhrabini (Oxtay …