GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Makı şəhərində zindana salınan azərbaycanlı iş adamı və siyasi fəal Həsən Oruczadə aclıq aksiyasına başlayıb.
Bildirilib ki, bölgədə həm də xeyriyyəçilik fəaliyyətləri ilə tanınan azərbaycanlı fəal, bu vasitə ilə təhlükəsizlik və məhkəmə sisteminin onun işinə ədalətsiz münasibətlərinə etiraz edir.
Azərbaycanlı gənc İranın ETTELAAT və Məhkəmə Sisteminin onun işinə ədalətsiz baxmasına etiraz olaraq aclıq aksiyasına başlayıb. Hələlik barəsində irəli sürülən ittihamlar bəlli deyil.
Qeyd edək ki, sentyabrın 28-də həbs edilərək Makı həbsxanasına köçürülən Həsən Oruczadə Manas Holdinqin təsisçisidir.