GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-mo0lla rejimin həbs etdiyi azərbaycanlı İşçi Hərəkatı fəalı xəstəxanaya köçürülüb.
Dünən Rəştin Lakan zindanında həbsdə saxlanılan azərbaycanlı İşçi Hərəkatı fəalı Şərifə Məhəmmədi sağlamlığı ilə bağlı xəstəxanaya köçürülüb.
Uzun müddətdir ayaq dırnaqları infeksiyasından əziyyət çəkən Şərifə Məhəmmədinin infeksiyası digər barmaqlara da yayılıb. Bildirilib ki, o, müalicə olunmaq üçün xəstəxanaya aparılıb.