Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı məhbusun həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2022-ci ilin sentyabr ayından İranda başlayan ümumi etiraz aksiyaları zamanı həbs edilən və Kərəcin Qızılhisar zindanında həbsdə saxlanılan azərbaycanlı gənc Milad Aremunun həyatı təhlükədədir.

Molla rejimin ETTELAAT   məmurları Milad Aremun və onunla birgə həbs edilən başqa 3 gənci 1 ay əbvvəl Kərəcin Qızılhisar zindanından alaraq naməlum yerə aprıblar.

Onların ailələrinin gənclərin talei və harada saxlanıldıqları ilə bağlı müraciətləri cavabsız qalıb.

Ailələr Milad Aremun və başqa gənclərə qarşı ağır ittihamlar irəli sürüldüyünə görə onların gizli edam ediləcəklərindən nigarandırlar.

Qeyd edək ki, əslən Xiyavın (Meşkin) Qoşa kəndindən olan 25 yaşlı Milad Aremun və başqa dörd gənc 3 noyabr 2022-ci ildə etiraz aksiyaları zamanı SEPAH-a bağlı yarım hərbi Bəsic qüvvələrinin üzvü Arman Aliverdini ölürməkdə ittiham olunub.

Azərbaycanlı gənc işgəncə edilib, kamera qarşısına çıxarılsa da, barəsində irəli sürülən ittihamı qəbul etməyib və qəhrəman kimi xatirələrdə qalıb.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …