Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimin İrşad İdarəsi türk adlarından istifadə edənləri hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin İrşad İdarəsi türk adlarından istifadə edənləri hədələyib.

Rejimin islami irşad və mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili Fars Dilinin Qorunması Şurasının toplantısında adları fars dilində olmayan bir sıra sahibkarlıq və ictimai obyektləri, o cümlədən mağaza və kompleksləri hədələyərək deyib: “Qanuna tabe olmayan obyekt və komplekslərin adları dəyişdirilməsə, bu, qaydalara uyğun şəkildə həll ediləcək”.

O, molla rejimin rəhbəri Əli Xameneyinin fars dilinin qorunması ilə bağlı dediklərinə toxunaraq əlavə edib: “Qanunu pozanlar olarsa, Prokurorluğa məlumat göndərəcəyik, lazım gələrsə, məhkəməyə şikayət verəcəyik, əsasnaməyə, əlavə və dəyişikliklərə ehtiyac olarsa, hökumətdə təsdiq edəcəyik”.

Qeyd edək ki, molla rejimin İslami İrşad və Mədəniyyət Nazirliyi ictimai məkan və mağazalara  türk, kürd, lor və s. dillərdə adların verilməsinə qadağa qoyub.

Həmçinin yoxlayın

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …

Bölgədə neft ixracı bərpa olunur, iranın dəniz yolu ilə xam neft ixracı isə sıfır səviyyəsində qalır

GADTB: TankerTrackers-in qiymətləndirməsinə görə, oktyabrın əvvəlindən etibarən İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb …