Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı müəllimin həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin həbs etdiyi azərbaycanlı müəllim Cəfər İbrahiminin sağlıq durumu pisləşib. Onun görmə qabiliyyətinin pisləşməsinə baxmayaraq, hələ də tibbi yardımdan məhrumdur və müalicə üçün xəstəxanaya göndərilmir.

Azərbaycanlı müəllim Evin həbsxanasından 12 məhbusla birlikdə Qızılhisar həbsxanasına köçürülərək ağır cinayət törədən məhbusların pis şəraitdə saxlandığı xüsusi bölməyə köçürülüb.

Məhbusun vəkili İrfan Kərəm Veysi dünən onunla görüşdükdən sonra deyib ki, Cəfər İbrahimi ağır vəziyyəti ilə bağlı xəstəxanaya köçürülüb.

Xəstəxanadan çıxdıqdan sonra o, xanımı ilə qısa telefon danışığında bildirib ki, bir neçə həbsxana nəzarətçisi tərəfindən vəhşicəsinə döyülüb.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …