Çərşənbə , Oktyabr 14 2026
azfa

Molla rejimin həbs etdiyi Babək Əsədi Təbrizdə zindana köçürülüb

GADTB: İrqçi fars-molla rejimin həbs etdiyi Babək Əsədi Təbrizdə zindana köçürülüb.

Bu barədə Babək Əsədinin yaxınları ilə telefon zəngi zamanı məlumat verib.

Şair, hüquq müdafiəçisi, İnsan Haqları Komissiyasının üzvü və universitet professoru olan Babək Əsədi Dağdağan 25 iyun 2025-ci ildə Heris şəhərində rejimin Kəşfiyyat İdarəsinin agentləri tərəfindən həbs edilib.

Qeyd edək ki, Heris Kəşfiyyat Bürosunun agentləri heç bir order olmadan Babək Əsədinin iş yerində və evində axtarış aparıb və şifahi olaraq ondan Kəşfiyyat Bürosuna gəlməsini istəyiblər.

Bundan sonra o, sosial media hesabında paylaşım edərək bu çağırışı qanunsuz adlandırıb və Kəşfiyyat idarəsinə getməyəcəyini bildirib. Bundan bir neçə saat sonra bu idarənin əməkdaşları Babək Əsədinin iş yerinə basqın edərək onu həbs ediblər.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …