Cümə , Sentyabr 18 2026
azfa

Azərbaycanlı fəallar Ərdəbil şəhərində divarlara posterlər yapışdırıb

GADTB: Azərbaycan Milli Hərəkatının fəalları Ərdəbil şəhərində fars şovinizminin Güney Azərbaycanda müstəmləkəçilik və istismarçılıq siyasətinə qarşı vərəqələr paylamış və divarlara yapışdırmışdırlar.

Bu aksiya molla rejimin Güney Azərbaycanda həyata keçirdiyi sömürgəçi və istismarçı siyasətlərə və “Dinc yanaşı yaşama” adı altında Azərbaycan xalqının öz doğma yurdundan sıxışdırılıb çıxarılması və yumşaq işğal fəaliyyətlərinə qarşı yönəlib.

Bildirilib ki, şüurlu və qəhrəman Azərbaycan xalqı Babək Qalasının qurultay dastanında, 2006-cı il tarixi iyun qiyamında, 2025-ci ilin 22 mart Urmu dastanında olduğu kimi fars şovinizminin və işğalçı mühacirlərin bütün planlarını məhv edəcək, heç bir işğalçılığa imkan verməyəcək.

Bəyanatda Azərbaycanın yeraltı sərvətlərinin, o cümlədən, zəngin qızıl mədənlərinin talanması, çaylarının və göllərinin qurudulması, su ehtiyatlarının çirkləndirilməsi, dilinin aşındırılması, Azərbaycan torpaqlarında aparteid rejiminin qurulması məsələlərinə toxunulub.

Son olaraq Azərbaycan milli hərəkatının fəallarının, xüsusən də Qərbi Azərbaycanda, qəhrəman Urmu xalqının səyi nəticəsində baş vermiş 2025-cü il 22-ci mart eyləmlərinə toxunaraq, işğalçı mühacir ifratçılara, onların havadarlarına və silahdaşlarına heç bir güzəşt edilməyəcəyi qeyd ediblər.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …