Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Sərəskəndoğlu ləqəbi ilə tannan radio aparıcısı, teatr aktyoru və azərbaycanlı milli fəal Məhəmmədhadi Şərifinəsəb Həştrudi iyunun 29-da 800 milyon tümən girov müqabilində məhkəməyə qədər zaminə buraxılıb.

İyunun 2-də İran hökumətinin ETTELAAT qüvvələri milli fəalın evinə basqın edərən onu tutduqdan sonra Evin zindanına aparıblar. Daha sonra isə o, Böyük Tehran həbsxanasına köçürülüb. Şərifinəsəb dindirilmə zamanı işgəncələrə məruz qalıb və döyülüb.

Şərifinəsib “separatçı və pantürkist qrup yaratmaq”, “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə əlbir olmaq”, “ictimai rəyi çaşdırmaq” və “hökumət məmurunu döymək və təhqir etmək”də günahlandırılır.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …