Cümə axşamı , Oktyabr 15 2026
azfa

Türk Ordusu İraqın şimalında terrorçuların 37 hədəfi məhv etdi

GADTB: Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Metina, Gara, Hakurk, Qəndil və Asos bölgələrində separatçı terror təşkilatının istifadə etdiyi 37 hədəfi hava əməliyyatları ilə məhv edib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib. Hava əməliyyatı nəticəsində çox sayda terrorçu zərərsizləşdirilib.

Bildirilib ki, İraqın şimalında həyata keçirilən hava əməliyyatları zamanı mağara, bunker, sığınacaq, anbar və separatçı terror təşkilatının istifadə etdiyi obyektlərdən ibarət hədəflər məhv edilib.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …